Azərbaycanın daha 3 idmançısının Fransanın paytaxtı Parisdə keçirilmiş Yay Olimpiya Oyunlarında qazandığı medallar keyfiyyətini itirib.
Presssport.az xəbər verir ki, bu haqda Milli Olimpiya Komitəsi məlumat yayıb.
Bildirilir ki, cüdo üzrə Olimpiya çempionu Hidayət Heydərov və sərbəst güləşdə fəxri kürsünün 3-cü pilləsinə qalxan Maqomedxan Maqomedovun medalları istisna olmaqla, digər 5 idmançımızın mükafatları yararsız hala düşüb.
Belə ki, cüdo üzrə digər Olimpiya çempionumuz Zelim Kotsoyev, gümüş mükafat qazanan boksçu Alfonso Dominqes və bürünc medal əldə edən sərbəst güləşçi Giorgi Meşvildişvilinin medalları keyfiyyətini itirib.
Xatırladaq ki, daha əvvəl taekvondoçu Qaşım Maqomedovla yunan-Roma güləşçisi Həsrət Cəfərovun medalları yararsız hala düşmüşdü
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC