“Mançester Siti” Çempionlar Liqasında (ÇL) son 11 ilin ən pis göstəricisinə imza atıb.
Presssport.az xəbər verir ki, bu, ötən gün Liqa mərhələsinin VII turunda PSJ ilə matçda reallaşıb.
Belə ki, Fransa klubuna 2:4 hesabı ilə məğlub olan "şəhərlilər" qitənin ən nüfuzlu klub yarışında 2014-cü ildən bəri ilk dəfə ardıcıl 4 oyunda qələbə qazana bilməyib.
“Şəhərlilər” həmçinin Xosep Qvardiolanın rəhbərliyi altında ikinci dəfə topa sahibolma baxımından ən zəif göstərici ilə yadda qalıb. Mançester təmsilçisinin topa sahibolma faizi 36,9 % olub. Bundan daha pis göstərici 2016-cı ilin noyabrında ÇL-nin qrup mərhələsinin IV turunda "Barselona" ilə oyunda qeydə alınmışdı - 34,7 %.
Onu da bildirək ki, "Mançester Siti" 7 turdan sonra ÇL-nin Liqa mərhələsinin turnir cədvəlində 8 xalla 25-ci pillədə qərarlaşıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC