"Mingəçevir"in baş məşqçisi Füzuli Məmmədovun köməkçiləri müəyyənləşib.
Presssport.az xəbər verir ki, bunlar Mehman Yunusov, Rafael Əmirbəyov və qapıçılarla işləyən Rauf Mehdiyevdi.
Həm Məmmədov, həm də köməkçiləri ilə 2,5 illik müqavilə imzalanıb. Anlaşmaların müddətinin sonradan 1 il müddətinə uzadılması da nəzərdə tutulub.
Xatırladaq ki, Mərkəzi Aran təmsilçisi bir müddət öncə ASTA (Azerbaijan Sport Talents Academy) ilə tərəfdaşlıq müqaviləsi imzalayıb. Artıq 7 yeni futbolçu transferi rəsmiləşdirən klub hazırda I Liqanın turnir cədvəlində sonuncu pillədədi (fanat.az).
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC