MOK Azərbaycan idmançılarının medalları ilə bağlı BOK-a rəsmi müraciət edib

Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) Beynəlxalq Olimpiya Komitəsinə (BOK) rəsmi müraciət edib.

Presssport.az xəbər verir ki, bu haqda MOK-un mətbuat xidməti məlumat yayıb.

Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında Azərbaycan Olimpiya komandasının 7 idmançısı cüdo, taekvondo, boks, yunan-Roma və sərbəst güləşdə medal qazandığı vurğulanıb.

Medallardan 2-si qızıl, 2-si gümüş, 3-ü isə bürünc olub. Parisdə uğurla çıxış edərək mükafat qazanan olimpiyaçılarımız bu ay Milli Olimpiya Komitəsinə medalların keyfiyyətini itirməsi ilə bağlı müraciət edib.

Milli Olimpiya Komitəsi həmin idmançıların müraciəti əsasında araşdırmalar aparıb və nəticədə məlum olub ki, cüdo üzrə Olimpiya çempionu Hidayət Heydərov (73 kq) və sərbəst güləş üzrə bürünc mükafatçı Maqomedxan Maqomedovdan (97 kq) başqa, digər beş idmançının medallarında nəzərəçarpan dərəcədə dəyişiklik baş verib.
Məlum olub ki, cüdo üzrə Olimpiya çempionu Zelim Kotsoyevin (100 kq) qızıl, taekvondoçu Qaşım Maqomedovun (58 kq), boksçu Alfonso Dominqesin (92 kq) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) və sərbəst güləşçi Giorgi Meşvildişvilinin (125 kq) bürünc medalları keyfiyyətini itirib.
MOK bu araşdırmaların nəticəsi olaraq BOK-a rəsmi müraciət ünvanlayıb. BOK-dan bu müraciətlə bağlı cavab gəldikdən sonra medalların geri qaytarılması və yeniləri ilə əvəz olunmasıyla bağlı növbəti addımlar atılacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC