Avropa Liqası: Gedənlər və qalanlarda növbəti adlar bəlli oldu

Avropa Liqasının Liqa mərhələsinin 7-ci turunun matçlarından sonra növbəti mərhələdə iştirak hüququ əldə edən daha 8 klub müəyyənləşib.

Presssport.az xəbər verir ki, bunadək "Latsio", "Atletik", "Anderlext", "Lion", "Ayntraxt", "Qalatasaray" və "Mançester Yunayted" ən az pley-offda iştirakı rəsmiləşdirmişdi.

Ötən gecə isə "Latsio"nun birbaşa 1/8 finalda mübarizə aparacağı dəqiqləşib. Həmçinin dünən Bakıda "Qarabağ"ı məğlub edən FCSB-nin, eyni zamanda "AZ Alkmaar", "Bodo-Qlimt", "Viktoriya", "Olimpiakos", "Reyncers", "Tottenhem" və "Union"un pley-offa vəsiqə əldə etdiyi məlum olub.

Son - 8-ci turda pley-off üçün qalan 9 yer uğrunda 14 klub mübarizə aparacaq. Bunlar "Ayaks", PAOK , "Real Sosyedad", "Midtülland", "Elfsborq", "Roma", "Ferentsvaroş", "Fənərbaxça", "Beşiktaş", "Portu", "Tvente", "Braqa", "Hoffenhaym" və "Makkabi"dir (Tel-Əviv).

RFŞ, "Slaviya", "Malmö", "Ludoqorets", "Qarabağ", "Nitsa" və "Dinamo"nun (Kiyev) isə Avroliqa ilə vidalaşacağı dəqiqdi.

Xatırladaq ki, Avropa Liqasında son turun matçları yanvarın 30-da keçiriləcək. Yanvarın 31-də isə pley-off mərhələsinin püşkü atılacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC