Azərbaycanda ilk dəfə qar voleybolu üzrə ölkə çempionatı keçiriləcək.
Presssport.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının (AVF) mətbuat xidməti məlumat yayıb.
AVF-nin təşkil etdiyi yarış yanvarın 25-26-da Şahdağ Turizm Mərkəzində baş tutacaq. Çempionatda 4 qadın (“Azərreyl”, “Murov Az Terminal”, “Gəncə”, U-21), 4 kişi (“Azərreyl”, “Murov Az Terminal”, “Gənclər”, U-21) komandası iştirak edəcək.
Yarışın ilk günündə oyunlar dairəvi sistem üzrə keçiriləcək. Toplanacaq yekun xallara görə ilk iki pillənin sahibləri çempionluq, 3-cü və 4-cü yeri tutacaq komandalar isə üçüncülük uğrunda oynamaq imkanı qazanacaq.
Final və 3-cü yer uğrunda qarşılaşmalar yanvarın 26-da baş tutacaq. Daha sonra qaliblərin mükafatlandırma mərasimi olacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC