AKAF ilk dəfə konsept trenajorda avarçəkmə yarışı keçirəcək

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) ilk dəfə konsept trenajorda avarçəkmə yarışı keçirəcək.

Presssport.az xəbər verir ki, yeniyetmə və gənclər arasında avarçəkmənin təbliği və kütləviliyin təmin olunması məqsədi daşıyan birincilik fevralın 2-də, Azərbaycan Gəncləri Günündə keçiriləcək.

Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində baş tutacaq yarışa Bakı və Mingəçevirdən olan 30-dan çox idmançı qatılacaq. Qaliblər federasiya tərəfindən diplomla mükafatlandırılacaq.

Onu da bildirək ki, konsept trenajorda avarçəkmə yarışı dünyada geniş yayılıb. Bu növ üzrə Avropa və dünya çempionatları da keçirilir.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC