"Neftçi" keçmiş əcnəbi məşqçisini qaytardı - RƏSMİ

"Neftçi”nin məşqçilər korpusuna yeni təyinat olub.

Presssport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Rumıniyalı Boqdan-Kornel Merişanu paytaxt təmsilçisində atletik hazırlıq üzrə məşqçi vəzifəsini yerinə yetirəcək.

O, 2022-ci ilin iyunundan 2023-cü ilin iyununadək “Neftçi”də çalışıb, həmin dönəmdəki baş məşqçi Laurentsiu Regekampfın köməkçilərindən olub.

Merişanu məşqçi kimi “Neftçi”dən başqa Rumıniyanın “Poli Timişoara” (2012-2016), “Universitatya Krayova” (2021-2022, 2023), Səudiyyə Ərəbistanının “Əl Vehda” (2018), “Əl Əhli” (2021), “Əl Tai” (2023-2024), BƏƏ-nin “Əl Vəsl” (2019-2021), Tunisin “Esperans” (2024) klublarında və Rumıniya U-21 milli komandasında (2016-2018) işləyib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC