Millimiz Avropa çempionatının seçmə mərhələsinə inamlı qələbəylə start götürüb

Azərbaycanın futzal üzrə U-19 millisi Avropa çempionatının ilkin mərhələsində mübarizəyə start verib.

Presssport.az xəbər verir ki, yığmamız ilk görüşündə Kosovo millisiylə qarşılaşıb. Matç İlqar Aslanovun komandasının 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Xatırladaq ki, millimiz yanvarın 26-da San Marino ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Avropa çempionatı. ilkin mərhələ

21:00. Azərbaycan (U-19) – Kosovo (U-19) - 4:1

Qollar: Hüseyn Cəfərzadə, 17:39, Ədalət Ələkbərov, 22:22, 35:47, Rəvan Məsiyev, 31:34 - Valmir Musoli, 5:12.

Hakimlər: Radim Cep (Çexiya), Adam Czene-Joo (Macarıstan), Jiri Bergs (Belçika)

Serravalle. "Multievent Sport Domus".

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC