Fransa Liqa 1-də 19-cu turun oyunları keçirilir.
Presssport.az xəbər verir ki, daha 3 matç oynanılıb.
PSJ evdə "Reyms"lə qarşılaşıb.
Görüş 1:1 hesabı ilə başa çatıb.
Bu oyunda Paris təmsilçisinin yeni transferi, gürcü futbolçu Xviça Kvaratsxeliya da iştirak edib. O, start heyətdə meydana çıxaraq komandada debüt edib. 23 yaşlı yarımmüdafiəçi 83-cü dəqiqədə Marko Asensio ilə əvəzlənib.
Xviça 47-ci dəqiqədə Fransa yığmasının üzvü Usman Dembelenin vurduğu qolun ötürməsini verib.
Hazırda turnir cədvəlinə 47 xalla PSJ liderlik edir (19 oyuna). "Marsel" 37 xalla 2-ci (18 matç), "Monako" isə 34 xalla 3-cüdür (19 oyuna).
Xatırladaq ki, “Napoli”dən 70 milyon avroya transfer olunan Xviça millimizin sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğludu.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC