Qar voleybolu üzrə Azərbaycan çempionatına start verilib

Qar voleybolu üzrə Azərbaycan çempionatına start verilib.

Presssport.az xəbər verir ki, ölkəmizdə ilk dəfə keçirilən yarışda 4 qadın (“AZERRAIL”, “Murov Az Terminal”, “Gəncə”, U-21), 4 kişi (“AZERRAIL”, “Murov Az Terminal”, “Gənclər”, U-21) komandası çempionluq uğrunda mübarizə aparır. “Şahdağ” Turizm Mərkəzində təşkil olunan yarışın ilk günü 8 oyun baş tutub. 

Bu gün çempionatda III turun qarşılaşmaları, ardınca isə final və 3-cü yer uğrunda oyunlar keçiriləcək. Final qarşılaşmalarından sonra qaliblərin mükafatlandırma mərasimi olacaq.

Onu da bildirək ki, çempionat dairəvi sistem üzrə keçirilir. Yekun nəticəyə əsasən ilk iki pillənin sahibləri çempionluq, 3-4-cü yerləri tutacaq komandalar isə 3-cülük uğrunda oynayacaq.

Oyunların nəticələri 

25 yanvar

Qadınlar

“AZERRAIL” - U-21 2:0 (15:7, 15:4)

“Murov Az Terminal” - “Gəncə” 2:0 (16:14, 15:13)

“AZERRAIL” - “Murov Az Terminal” 2:0 (15:10, 15:9)

“Gəncə” - U-21 2:1 (13:15, 15:12, 15:7)

Kişilər

“AZERRAIL” - “Gənclər” 2:0 (15:3, 15:6)

“Murov Az Terminal” - U-21 2:1 (15:7, 12:15, 15:6)

“AZERRAIL” - “Murov Az Terminal” 2:1 (9:15, 15:10, 15:11)

U-21 - “Gənclər” 2:0 (15:6, 15:6)

26 yanvar

Qadınlar

10:00. “AZERRAIL” - “Gəncə”

10:45. “Murov Az Terminal” - U-21

Kişilər

11:30. “AZERRAIL” - U-21

12:15. “Murov Az Terminal” - “Gənclər”

14:30. 3-cü yer (qadınlar)

15:15. 3-cü yer (kişilər)

16:00. Final (qadınlar)

16:45. Final (kişilər)

Mükafatlandırma mərasimi

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC