Cüdoçularımız Beynəlxalq Belçika Açıq Cüdo turnirinin ilk günündə 4 medal qazanıb

Belçikanın Vise şəhərində keçirilən beynəlxalq Belçika Açıq Cüdo turnirinin ilk yarış günündə Azərbaycan cüdoçuları 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb.

Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən Presssport.az-a verilən məlumata görə, yarışın ilk günündə kişilər arasında 4 çəki dərəsində 9 cüdoçumuz medallar uğrunda mübarizə aparıb.

-60 kq. çəkidə Murad Muradlı bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 

-73 kq çəkidə Qadir Hüseynov gümüş, İbrahim Əliyev isə bürünc medal əldə edib. Eyni çəkidə çıxış edən Nəriman Mirzəyev 7-ci yerlə kifayətlənib.

+100 kq çəkidə İmran Yusifov gümüş medal qazanıb. Camal Qamzatxanov və Camal Feyziyev isə 5-ci yerdə qərarlaşıb.

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC