Mahir Emreli ilk dəfə "Nürnberq"də oynamadı, komandası "Şalke" səfərində uduzdu

Almaniya II Bundesliqasında XIX turun oyunları keçirilir.

Presssport.az xəbər verir ki, millimizin hücumçusu Mahir Emrelinin klubu “Nürnberq” “Şalke”nin qonağı olub. 

Matç meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. 

Emreli ötən tur “Karlsrue” ilə matçda sarı vərəqə alıb. Bu, onun cari mövsümdə 5-ci “sarı”sı olub. Bununla da xəzalı duruma düşən 27 yaşlı futbolçumuz “Şalke” ilə oyunu buraxıb.

Mahir bu mövsüm “Nürnberq”lə bütün turnirlərdə 14 oyunda meydana çıxıb, 4 qol vurub və 1 qol ötürməsi edib. O, son dəfə Bundesliqada ötən ilin noyabrın 3-də “Hamburq”la matçda qol vurub. Ondan sonra liqadakı 7 görüşdə Mahir rəqib qapısına yol tapa bilməyib.

Onu da bildirək ki, 19 oyundan 25 xalı olan “Nürnberq” 12-cidi.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC