Güllə atıcılarımız Almaniyada növbəti medalları qazanıb

Azərbaycanın güllə atıcısı Vladislav Kalmıkov Almaniyanın Münhen şəhərində keçirilən "2025 H&N" Kubokunda daha bir medal qazanıb.

Presssport.az xəbər verir ki, o, pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçmada (start-2) gümüş mükafat əldə edib.

Kalmıkov 236.0 xalla 2-ci olub.

Xatırladaq ki, Vladislav daha əvvəl bürünc mükafat da qazanıb.

Leyli Əliyeva isə pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma yarışında 213.9 xal toplayaraq bürünc medala sahib çıxıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC