Juninyo "Flamenqo"da debüt etdi, komandası qalib gələrək yarımfinala çıxdı

Bu ay "Qarabağ”dan “Flamenqo”ya keçən Olavio Juninyo yeni komandasında debüt edib.

Presssport.az xəbər verir ki, 28 yaşlı braziliyalı hücumçu Quanabara Kubokunun qrup mərhələsinin 5-ci turunun “Volta Redondo” ilə görüşündə meydana çıxıb.

Matça ehtiyatda başlayan Juninyo 60-cı dəqiqədə - komandası 2:0 öndə olarkən Beyni Henrikenin əvəzinə meydana daxil olub.

Rəqibini 2 cavabsız qolla üstələyən “Flamenqo” xallarını 7-yə çatdıraraq, yarımfinala vəsiqəni təmin edib.

Xatırladaq ki, Juninyo “Flamenqo”ya 5 milyon avro təzminat qarşılığında keçib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC