Qar voleybolu üzrə ilk Azərbaycan çempionatı başa çatıb.
Presssport.az xəbər verir ki, “Şahdağ” Turizm Mərkəzində təşkil olunan yarışın 2-ci günündə baş tutan son turların qarşılaşmalarından sonra mükafatlar uğrunda yarışacaq komandalar bəlli olub.
Qadınların yarışında 3-cülük üçün “Gəncə” U-21 komandasını 2:0 hesabı ilə məğlub edərək bürünc medal qazanıb. Final görüşü isə “Azərreyl" və “Murov Az Terminal” arasında baş tutub. Həlledici matçda 2:0 hesabı ilə qalib gələn “dəmiryolçular" ilk Azərbaycan çempionu adını qazanıb.
Kişilərin mübarizəsində isə bürünc medalı “Gənclər”i 2:0 hesabı ilə məğlub edən U-21 kollektivi qazanıb. Burda da finalda "Azərreyl" və “Murov Az Terminal” qarşılaşıb. Rəqibinə 2:0 hesabı ilə qalib gələn “dəmiryolçular" kişilərin mübarizəsində də Azərbaycan çempionatının qalibi olub.
Final oyunlarından sonra qalib komandaların mükafatlandırma mərasimi olub. Qalib komandalara kubok və medallar təqdim olunub.
26 yanvar
Qadınlar
3-cü yer
“Gəncə” - U-21 - 2:0 (15:9, 15:11)
Final
“Azərrreyl” - “Murov Az Terminal” - 2:0 (15:10, 15:8)
Kişilər
3-cü yer
U-21 - “Gənclər” - 2:0 (15:5, 9:15)
Final
“Azərreyl” - “Murov Az Terminal” - 2:0 (15:8, 15:12)
Mükafatlandırma mərasimi
Qadınlar
I yer - “Azərreyl”
II yer - “Murov Az Terminal”
III yer - “Gəncə”
Kişilər
I yer - “Azərreyl”
II yer - “Murov Az Terminal”
III yer - U-21
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC