19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi Avropa çempionatının əsas mərhələsinə vəsiqə qazanıb.
Presssport.az xəbər verir ki, İlqar Aslanovun komandası San-Marinoda keçirilən ilkin mərhələnin B qrupunu 1-ci pillədə başa vurub.
Meydan sahibləri ilə heç-heçə (2:2) edən U-19 xallarının sayını 4-ə çatdırıb.
Yığmamız daha əvvəl Kosovonu 4:1 hesabı ilə üstələyib.
Xatırladaq ki, əsas mərhələnin görüşləri 25-30 mart aralığında Xorvatiyada keçiriləcək. 7-ci qrupda yer alacaq futzalçılarımız meydan sahibi Xorvatiyadan başqa, Bosniya və Herseqovina və Türkiyədən olan həmyaşıdalrı ilə qarşılaşacaq. Qrup qalibi bu ilin sentyabrında Moldovanın Kişinyov şəhərində baş tutacaq final mərhələsinə vəsiqə qazanacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC