"Qarabağ"ın seriyası qırıldı - “Turan Tovuz” “Şəmkir”lə “Neftçi”nin göstəricisini təkrarladı

“Qarabağ”ın Misli Premyer Liqasındakı məğlubiyyətsiz oyunlar seriyası qırılıb. 

Presssport.az xəbər verir ki, IV turun 2024-cü il avqustun 24-də keçirilən “Turan Tovuz”la ev matçında 0:1 hesabı ilə uduzan Qurban Qurbanovun yetirmələri yenə eyni rəqibə məğlub olub. Ardıcıl 16 qarşılaşmadan xalla ayrılan Ağdam klubu yenə evdə, bu dəfə 1:2 hesabı ilə yenilib.

“Turan Tovuz” “Qarabağ”la eyni mövsümün hər iki səfər görüşündə 3 xal qazanan 3-cü komanda olub. 2001/02 mövsümündə “Şəmkir” (3:1, 2:0), 2020/21 mövsümündə “Neftçi” (2:1, 2:1) Ağdam klubunun meydanında 6 xal əldə edib.

Xatırladaq ki, ölkə çempionatları 2013/14 mövsümündən 4 dövrədə keçirilir. Bunadək 2 mərhələdə keçirilən 1998/99, yarımçıq qalan 2001/02 və 2009/10-2012/13 mövsümlərində də bir komanda eyni rəqiblə 2 dəfə səfərdə qarşılaşa bilib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC