Misli Premyer Liqasının XX turu Emil Balayev üçün əlamətdar olub.
Presssport.az xəbər verir ki, “Neftçi”nin qapıçısı Azərbaycan çempionatlarında 100-cü matçını keçirib. Onun yubileyi “Araz-Naxçıvan”la səfər görüşünə (1:2) təsadüf edib. Emil bu görüşlərdə 126 top buraxıb.
Emil Premyer Liqada 4 komandada forma geyinib. Balayev “Neftçi”də 13 (13 top buraxıb), “Səbail”də 69 (101 top buraxıb), “Zirə”də 1 (1 top buraxıb), “Qarabağ”da 17 (11 top buraxıb) matç keçirib.
Onu da bildirək ki, Balayev ölkə çempionatları tarixində 100 və daha çox oyun keçirən 38-ci qapıçıdı.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC