Basketbol millilərimizin rəqibləri bilindi - Avropa çempionatında

Azərbaycanın yeniyetmələrdən ibarət basketbol millilərinin Avropa çempionatının qrup mərhələsindəki rəqibləri bəlli olub.

Presssport.az xəbər verir ki, oğlanlardan ibarət U-18 yığması B Divizionunun B qrupunda Rumıniya, Gürcüstan, Danimarka, Ukrayna və Portuqaliya ilə üz-üzə gələcək. 

Qarşılaşmlar 25 iyul - 3 avqust aralığında Rumıniyanın Piteşti şəhərində təşkil olunacaq.

Qızlardan ibarət U-18 B Divizionunun B qrupunda Bosniya və Herseqovina, Litva, Kosovo, Ukrayna və İslandiya yığmaları ilə qarşılaşacaq. Matçlar iyulun 4-13-ü aralığında Litvanın Alitus və Vilnüs şəhərlərində gerçəkləşəcək.

Oğlanlardan ibarət U-16 C Divizionunun B qrupunda Lüksemburq, Andorra, San Marino və Cəbəllütariq milliləri, eyni yaş qrupunda qızlar B Divizionunun B qrupunda Slovakiya, İsveç, Niderland və Lüksemburq yığmaları ilə münasibətlərə aydınlıq gətirəcək.

Oyunlar müvafiq olaraq iyulun 5-13-ü aralığında Albaniyanın paytaxtı Tiranada və avqustun 20-29-da Türkiyənin İstanbul şəhərində baş tutacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC