Alvaro Morata "Qalatasaray"da - RƏSMİ

“Qalatasaray” hücum xəttini yeni oyunçu ilə gücləndirib.

 xəbər verir ki, İstanbun nəhəngi "Milan"dan Alvaro Moratanı icarəyə götürüb. 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Son Avropa çempionu olan milli kapitanıyla 1 illik  icarə müqaviləsi imzalanıb.

Klub Moratanın transferinin detalları ilə bağlı rəsmi açıqlama da yayıb. Belə ki, İstanbul təmsilçisi 32 yaşlı futbolçunun icarəsi üçün "Milan"a 6 milyon avro ödəyəcək. "Sarı-qırmızılar" futbolçunun özünə də 6 milyon avro maaş verəcək.  

"Qalatasaray" gələn ilin yanvarında satınalma şərtini aktivləşdirsə, "Milan"a 8 milyon avro ödəməlidr. Bildirilib ki, bu ödəniş 6 hissəyə bölünə bilər.

Xatırladaq ki, "Milan" Alvaro Moratanı mövsümün əvvəlində "Atletiko"dan transfer edib. Təcrübəli forvard A Seriyası təmsilçisinin heyətində keçirdiyi 25 rəsmi matçda 6 qol vurub, 2 qol ötürməsi edib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC