Millimizin əcnəbi baş məşqççisi də Beynəlxalq Cüdo Federasiyası tərəfindən mükafatlandırılıb: "Mən tək yox, biz hamımız birlikdə tarix yazdıq"

Millimizin baş məşqçisi Riçard Trautman isə Beynəlxalq Cüdo Federasiyası tərəfindən "Ən yaxşı kişi komanda məşqçisi" adına layiq görülüb.

Presssport.az xəbər verir ki, bu haqda Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Almaniyalı mütəxəssis bununla bağlı hamıya təşəkkür edib: “Möhtəşəm komandamıza dərin təşəkkürümü bildirirəm! Belə əzmkar atletlər, peşəkar məşqçilər və inanılmaz bir komanda ilə çalışmaq mənim üçün böyük şərəf idi. Mən tək yox, biz hamımız birlikdə tarix yazdıq. Hər birinizə minnətdaram”.

Xatırladaq ki, cüdo millimiz Paris-2024 Yay Olimpiya Oyunlarında 2 qızıl medal qazanıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC