"CBC Sport" üzr istədi: "Təəssüf ki, bəzən bu cür səhvlər, xoşagəlməz hallar olur"

“CBC Sport” rəsmi bəyanat yayıb.

Presssport.az klubun rəsmi “Facebook” səhifəsinə istinadən bəyanatı diqqətinizə çatdırır: 

"Misli Premyer Liqasının 21-ci turunun "Turan Tovuz" - "Səbail" görüşünün 45-ci dəqiqəsində "Səbail"in üzvü Süleyman Alluşa sarı vərəqə göstərilib.

Texniki xəta səbəbindən sarı vərəqənin efirimizdə "Turan Tovuz"un qapıçısı Sergey Samoka göstərildiyi qeyd edilib. Nəticədə ikinci hissədə Sergey Samok sarı vərəqə alarkən bu da tamaşaçılar və azarkeşlərin haqlı çaşqınlığına səbəb olub.

Texniki səhv nəticəsində yaranan anlaşmazlığa görə futbol ictimaiyyəti və azarkeşlərdən üzr istəyirik. "CBC Sport" yarandığı gündən dəqiqliyə, obyektivliyə və yüksək keyfiyyətli, dünya standartlarına uyğun yayım etmək üçün çalışır.

Təəssüf ki, bəzən bu cür səhvlər, xoşagəlməz hallar olur. Bir daha buraxılan səhvə görə üzr istəyirik. Əmin ola bilərsiniz ki, "CBC Sport" bundan sonra yüksək səviyyəli yayım etməyə çalışacaq.

Anlayışınız üçün təşəkkür edirik".

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC