"Qarabağ" cari mövsümdə bu uğursuz ilki yaşadı

“Qarabağ” Misli Premyer Liqasının 2024/2025 mövsümündə ilk dəfə bir oyunda 3 top buraxıb.

Presssport.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam klubu XXI turda səfərdə “Zirə”yə 2:3 hesabı ilə uduzub.

Fasiləyə 2:0 hesabı ilə öndə yollanan Qurban Qurbanovun komandası 2-ci hissədə qapısında 3 qol görüb.

“Qarabağ” sonuncu dəfə ötən mövsüm “Turan Tovuz”la görüşdə 3 qol buraxmışdı. Mayın 17-də keçirilən ev qarşılaşmasında ağdamlılar 4:3 hesabı ilə qalib gəlib. 261 gün əvvəl də “Qarabağ” bir hissədə 3 top buraxıb.

Ötən tur “Turan Tovuz”a 1:2 hesabı ilə uduzan Ağdam təmsilçisi ardıcıl 2 məğlubiyyət alıb. Bu, son 7 mövsümdə ilk belə hadisədi. 2017/18 mövsümünün sonunda “Qarabağ” “Neftçi”yə 0:1, indi “Şamaxı” adlanan “Keşlə”yə 0:3 hesabı ilə uduzub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC