“Kəpəz” son 12 mövsümdə ilk dəfə evdə keçirdiyi ardıcıl 2 matçda qonaqların qapısına minimum 3 qol vurub.
Presssport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Gəncə təmsilçisi buna Misli Premyer Liqasının XXI turunda evdə "Sabah"ı 3:2 hesabı ilə məğlub etməklə nail olub.
Belə ki, "sarı-göylər" XIX turda "Turan Tovuz"a 5:2 hesabı ilə qalib gəlib. Qərblilər sonuncu dəfə 2011/12 mövsümündə belə göstəriciyə imza atıb. Gəncə təmsilçisi 2012-ci ilin martında “Qəbələ”ni 3:2, “Sumqayıt”ı 4:1 hesabı ilə məğlub edib.
Onu da bildirək ki, “Kəpəz”in evdə ardıcıl 3 və ya daha çox top vurduğu oyunların sayındakı rekordu 7 matçdan ibarətdi. Bu seriya komandanın çempion olduğu 1997-98-ci illərdə qeydə alınıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC