Bu gün Azərbaycan futzal millisi AVRO-2026-nın əsas mərhələsi çərçivəsində 3-cü oyununa çıxıb.
Presssport.az xəbər verir ki, Vitali Borisovun komandası Yunanıstan yığmasıyla qarşılaşıb.
Görüş Bakı İdman Sarayında keçirilib və 2:2 hesablı heç-heçə ilə başa çatıb.
Bununla da millimiz yenə evdə bərabərliyə qalıb və yenə məğlubiyyətdən son anda xilas olub.
Beləliklə, turnir cədvəlində Azərbaycan 2 xalla 3-cü yerdədi. Lider Yunanıstanın 4 xalı var. 2-ci yerdə 3 xalla Xorvatiya, 3-cü yerdə 1 xalla İsveç qərarlaşıb.
Xatırladaq ki, Azərbaycan bunadək İsveçlə 3:3 hesablı heç-heçə edib, Xorvatiyaya isə 2:9 hesabı ilə uduzub.
Avro-2026, əsas mərhələ
5-ci qrup
20:00. Azərbaycan – Yunanıstan - 2:2
Qollar: O. Rüstəmli, 1, S. Papakostas, 39 - avtoqol - L. Tankas, 15, M. Ntatis, 38
Hakimlər: Telmen Undrakh (Norveç), Yakob Pavlovski (Almaniya), Dag Erik Tangvik (Norveç)
Timekeeper: Ramil Namazov (Azərbaycan)
Bakı İdman Sarayı
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC