PSJ Fransa Liqa 1-in XXI turunun mərkəzi matçında "Monako" ilə üz-üzə gəlib.
Presssport.az xəbər verir ki, Paris təmsilçisi bu görüşdə böyükhesablı qələbə qazanıb - 4:1.
Matçda komandanın qış transferi olan Xviça Kvaratsxeliya da qol vurub. Bu, gürcü yarımmüdafiəçinin PSJ-də ilk qolu olub. Kvartsxeliya matçın 54-ci dəqiqəsində komandasını hesabda 2:1 irəli çıxarıb.
Hazırda turnir cədvəlində PSJ 53 xalla 1-ci, "Monako" isə 37 xalla 3-cüdü.
Xatırladaq ki, Xviça millimizin sabiq hücumçusu Badri Kvaratsxeliyanın oğludu.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC