Azərbaycanlı futbolçunun Türkiyə klubuna qarşı şikayəti təmin olunub

Milli komandamızın futbolçusu Bəxtiyar Həsənalızadənin Türkiyənin “Tuzlaspor” klubuna qarşı şikayəti təmin olunub.

Presssport.az,xəbər verir ki, bu barədə futbolçunun hüquqlarını müdafiə edən vəkil Elcan Həsənli şəxsi sosial şəbəkə hesabında yazıb: “Hüquqlarını müdafiə etdiyimiz Azərbaycan milli komandasının üzvü Bəxtiyar Həsənalızadənin “Tuzlaspor” FK qarşı məhkəmə işini uğurla yekunlaşdırdıq. FİFA-nın Mübahisələrin Həlli Palatasının qərarına əsasən milli futbolçumuza kompensasiya klub tərəfindən ödənilib".

Xatırladaq ki, 2023/24 mövsümündə “Tuzlaspor”da oynayıb, 32 yaşlı müdafiəçi 2024-cü ilin yayından “Araz Naxçıvan”da çıxış edir.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC