Azərbaycanın qadın boksçuları Serbiyanın paytaxtı Belqradda keçirilən beynəlxalq turnirdə 6 medal qazanıb.
Presssport.az Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışa 6 idmançı ilə qatılan millimizin hər bir üzvü fəxri kürsüyə yüksəlib.
Yığmamızın heyətində Anaxanım İsmayılova (48 kq) qızıl medal qazanıb. Aynur Rzayeva (+81 kq) gümüş, Marjona Savriyeva (50 kq), Zeynəb Rəhimova (54 kq), Aynur Mikayılova (57 kq) və Emili Rzayeva (70 kq) bürünc mükafata yiyələnib.
Komandamız fevralın 10-da Bakıya qayıdacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC