Polşanın Byelsko-Byala şəhərində karate (WKF / idman karatesi) üzrə yeniyetmə, gənclər və U-21 yaş kateqoriyaları üzrə 52-ci Avropa çempionatının xatirə medalı Azərbaycanın yeniyetmə və gənclərdən ibarət baş məşqçisi Anar Allahverdiyevə təqdim olunub.
Presssport.az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, karate millimiz Polşada 3 medal qazanıb. Ələddin Məlikov (16-17 yaş, 68 kq) gümüş, Vüsal Qənbərov (14-15 yaş, 52 kq) və Əliəşrəf Qafarov (14-15 yaş, 57 kq) isə bürünc medala yiyələnib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC