Qarayevin qurtarışları, Məmmədovun dublu və "Kəpəz" üçün darmadağınla gələn ilin ilk qələbəsi

AFFA-nın bayrağı altında təşkil edilən U-15 XXI turun oyunları keçirilib.

Presssport.az xəbər verir ki, ilk 2 pillədə gedən "Sabah"la “Qarabağ” səfərdə 6 top fərqlə qələbələrlə diqqət çəkib. Birincilər 55 xal vahid liderdi. Sadəcə, ondan 3 xal geri qalan ağdamlılar 1 oyun az keçirib. 

“Kəpəz” də bu tur böyükhesablı qələbəylə yadda qalıb. Belə ki, Gəncə təmsilçisi ASTA-nı evdə darmadağın edib. Meydan sahiblərinin qələbəsində artıq ilk hissədə dubla imza atan Ömər Məmmədov əsas pay sahibi olub. İlqar Hüseynovun komandası sona yaxın 3 dəqiqəyə vurduğu 2 qolla - Turan Salahlı və Məhdi Bağırovun fərqlənməsiylə matçın müqəddəratını həll edib. “Kəpəz”in U-15 komandasının aparıcı oyunçularından olan qapıçısı Qüdrət Qarayev bu qarşılaşmada bir sıra gözəl qurtarışlarıyla qələbəyə öz töhfəsini verib.

Onu da bildirək ki, bu, “Kəpəz”in 15 yaşlılarının bu il ilk qələbəsi olub. Gəncəlilər hesabına 26 xal yazaraq turnir cədvəlində 9-cu pilləyə yüksəlib və özündən irəlidə olan digər Qərb təmsilçisi “Turan Tovuz”dan 4 xal geri qalır. İlqar Hüseynovun komandasının ehtiyatda 1 oyununun olduğunu da vurğulayaq.
AFFA U-15 Liqası, XXI tur

EFA – “Sabah” – 0:6

Rəvan Məmmədov, 16; Firdovsi Şeydayev, 42; Çingiz Məmmədov, 58; Ruslan Əbilov, 63, 66; Xəzər Hüseynzadə, 75

“Qəbələ” – “Şamaxı” – 4:0

Pünhan Zeynallı, 12, 24; Tunar Bayramov, 56; İlqar Sadıqov, 70

“Səbail” – “Vətən” – 0:11

Qabil Kərimli, 4, 10, 15, 76; Turan Ramazanov, 27; Raul Hüseynov, 35; Murad Qocayev, 54; Yaqub Səmədov, 64; Turan Bəndəliyev, 67, 78; Kamil Mütəllimov, 79

“Neftçi” – “Metak” – 2:0

Ümüd Hüseynov, 28; Rəşad Şirməmmədli, 38

“Turan Tovuz” – “Zirə” – 2:0

Mətləb Qasımov, 3; Aslan İbrahimov, 80+2

“Dinamo” (Baku) – “Qarabağ” – 1:7

Hüseyn Məmmədli, 51 - Murad İsmailov, 10, 12, 16; Davud Abdullayev, 28, 33; Arda Əzizli, 37; Seyid Zalov, 65

“Kəpəz” – ASTA – 4:1

Ömər Məmmədov, 10, 41; Turan Salahlı, 70; Məhdi Bağırov, 73 - Nurəddin Quliyev, 36

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC