"Qarabağ" futbolçusu Riçard Almeyda ilə yollarını ayırıb.
Presssport.az xəbər verir ki, 36 yaşlı milliləşdirilən braziliyalı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Almeyda klubun bazasında məşqçi heyəti və komanda yoldaşları ilə vidalaşan zaman göz yaşlarını saxlaya bilməyib.
Xatırladaq ki, 2012-18, 2019 və 2021-25-ci illərdə "Qarabağ"da çıxış edən Riçard 376 oyunda 64 qol vurub. Almeyda Premyer Liqada 254 (51 qol), kubokda 31 (5 qol), avrokuboklarda 91 (8 qol) dəfə Ağdam təmsilçisinin formasını geyinib. O, 9 dəfə Azərbaycan çempionu, 5 dəfə Azərbaycan kubokunun qalibi adını qazanıb. Yarımmüdafiəçi 2017-23-cü illərdə çıxış etdiyi Azərbaycan millisində 31 oyunda 3 qol vurub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC