Çempionlar Liqasında pley-off mərhələsinə start verilib.
Presssport.az xəbər verir ki, ilk oyun günündə 4 matç keçirilib.
Günün ən çox maraqla gözlənilən oyunu ngiltərədə olub. Belə ki, erkən final da adlandırılan matçda "Mançester Siti" "Real"ı qəbul edib. Madrid təmsilçisi qələbə topunu 90+2-ci dəqiqədə vuraraq əzmkar qıləbə qazanıb.
PSJ səfərdə "Brest"i məğlub edib. "Yuventus" PSV-ni, Dortmund "Borussiya"sı isə "Sportinq"i üstələyib.
Bu komandalar arasında cavab oyunları fevralın 19-da keçiriləcək.
Xatırladaq ki, pley-offun qalibləri 1/8 finalda mübarizə aparacaq. 1/8 finalın püşkatma mərasimi isə fevralın 21-də olacaq. Bu mərhələnin ilk matçları 4-5 martda, cavab qarşılaşmaları isə 11-12 martda oynanılacaq.
11 fevral
00:00. “Mançester Siti” (İngiltərə) – “Real” (İspaniya) - 2:3
Qollar: Haaland, 19, 80-pen. - Mbappe, 60, Diaz, 86, Bellinqem, 90+2
00:00. “Yuventus” (İtaliya) – PSV (Niderland) - 2:1
Qollar: Makkenni, 34, Mbanqula, 82 - Perişiç, 56
00:00. “Sportinq” (Portuqaliya) – “Borussiya” (Dortmund, Almaniya) - 0:3
Qollar: Jurassi, 60, Qrob, 68, Adeyemi, 82
21:45. “Brest” (Fransa) – PSJ (Fransa) - 0:3
Qollar: Vitinya, 21-pen; Dembele, 45, 68
12 fevral
21:45. "Brügge" (Belçika) - "Atalanta" (İtaliya)
00:00. "Monako" (Fransa) - "Benfika" (Portuqaliya)
00:00. "Seltik" (Şotlandiya) - "Bavariya" (Almaniya)
00:00. "Feyenoord" (Niderland) - "Milan" (İtaliya)
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC