Misli Premyer Liqasında 2024/25 mövsümünün ən böyük hesablı nəticəsi təkrarlanıb.
Presssport.az xəbər verir ki, XXII turda “Səbail”i qəbul edən “Qarabağ” 5:0 hesabı ilə qalib gəlib.
Mövsümdə 3-cü dəfə bir komanda 5 top fərqi ilə qələbə qazanıb. Əvvəlki 2 matçda olduğu kimi, yenə “Qarabağ” fərqlənib. Belə ki, Ağdam klubu 2024-cü il oktyabrın 18-də səfərdə “Kəpəz”i, dekabrın 16-da evdə “Sumqayıt”ı eyni – 5:0 hesabı ilə məğlub edib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC