"Bağırov təyinat aldıqdan sonra bu legionerlərə o qədər də şans vermədi və ya onlar şanslardan istifadə edə bilmədi”

“Həm Lassana, həm də Viktor sabiq baş məşqçi Adil Şükürovun şəxsən bəyənərək, öz istəyi ilə gətirilən futbolçular idi. “Kəpəz”də fərdi olaraq yaxşı da başlanğıc etmişdilər. Lakin Azər Bağırov baş məşqçi postuna təyinat aldıqdan sonra bu futbolçulara o qədər də şans vermədi və ya onlar şanslardan istifadə edə bilmədi”.

Bu fikirləri Presssport.az-a"Go and Play" futbol agentliyinin agenti Emin Hacızadə deyib.

“Kəpəz”in bu mövsüm üçün heyətinə qatdığı legionerlərdən qış fasiləsində malili hücumçu Lassana Ndiaye ilə artıq müqaviləsini pozub. Hacıyev əməkdaşlıq etdikləri Ndiaye ilə yol üstündə braziliyalı cinah yarımmüdafiəçisi Viktor Braqanı aşağı səviyyəli legionerlər saymır: “Düşünmürəm ki, onlar zəif futbolçulardı. Futbol tarixində dəfələrlə şahidi olmuşuq ki, oyunçu yeni klubunda istəniləni verə bilmir. Bu, futboldu və məncə, hər an hər şey mümkündü. Yenə də hər iki tərəf - futbolçular və ”Kəpəz" bizim üçün doğmadı. Biz də menecerlər olaraq hər iki tərəfin çıxarlarını göz önündə saxlamalıyıq. Bəli, Ndiaye ilə artıq müqavilə pozulub və bu futbolçu üçün bir çox təkliflər var. Bunlar konkret olaraq Albaniya, Tunis, Qətər, Gürcüstan və Türkiyə kimi ölkələrdən. “Transfer pəncərəsi”nin sonuna qədər bu təklifləri dəyərləndirəcəyik". 
Həmsöhbətimizin sözlərinə görə, Lassana üçün olmasa da, Braqa üçün yenidən əsas komandada olmaq üçün hələ də şans var: “Hələ ki Azər müəllimin qərarı göndərilmək yöndədi, amma Viktorun geri çağrılması istisna olunmur”.

Xatırladaq ki, 23 yaşlı Braqa keçən yay "Kəpəz"lə “1+1 il” şərtiylə müqavilə imzalayıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC