Almeyda Qurban Qurbanov haqda: "Tanrı bilir ki, ikinci atamsan, artıq sənin üçün darıxıram, Atam"

"Qarabağ"dan ayrılan milliləşdirilən braziliyalı futbolçu Riçard Almeyda sosial şəbəkə hesabında paylaşıb edib.

Presssport.az xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi uzun illər baş məşqçisi olmuş Qurban Qurbanova minnətdarlığını bildirib: “Öncə Tanrıya və ailəmə hər zaman yanımda olduqları üçün təşəkkür etmək istəyirəm! Tanrıya təşəkkür edirəm ki, qarşıma bu insanı çıxardı. O, həyatda mənə çox şey öyrətdi: təvazökar və sadə olmağı, pula önəm verməməyi, pulun hər zaman bizə gəlməsinə imkan verməyi. O, mənə həm də əsl döyüşçü olmağı öyrətdi! Ona görə də, Qurban Qurbanov, bu ithafı sənə böyük fəxrlə yazıram və deyirəm ki, Rəbbimə sonsuz şükür edəcəm! Bil ki, sənin yanında keçirdiyim bütün bu illər çox dəyərli idi...

Tanrı bilir ki, ikinci atamsan. Səni sonsuza qədər sevəcəm. Azərbaycanda hamının hörmətinə və heyranlığına layiqsən. Çünki fərqlisən. Artıq sənin üçün darıxıram, Atam".

Xatırladaq ki, Almeyda futbolçu karyerasının böyük hissəsini - 11 ilini Qurban Qurbanovun rəhbərliyi altında keçirib. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC