“Liverpul” 113 ildən sonra ilk dəfə start heyətində ingilis futbolçu olmadan meydana çıxıb

“Liverpul” 1912-ci ildən bəri ilk dəfə start heyətində bir nəfər də olsun ingilis futbolçu olmadan meydana çıxıb.

Presssport.az xəbər verir ki, bu, İngiltərə Premyer Liqasında "Everton"la XV turdan təxirə salınmış matçda baş verib.

113 il əvvəl belə hal “Liverpul”un “Arsenal”a qarşı matçında yaşanmışdı. Həmin vaxt komandanın əsas heyətində yalnız şotlandiyalı futbolçular yer almışdı.

"Everton"la görüşdə “qırmızılar”ın start heyətində 9 ölkədən futbolçular yer alıb. Həmin ölkələr aşağıdakılardı:

Niderland: Van Deyk, Qakpo, Qravenberx

Fransa: Konate

Macarıstan: Soboslai

Şotlandiya: Robertson

Şimali İrlandiya: Bredli

Misir: Salah

Braziliya: Alisson

Argentina: Makallister

Kolumbiya: Dias

Xatırladaq ki, “Liverpul” Mersisayd derbisində 90+8-ci dəqiqədə buraxdığı qolla uduzub - 2:3. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC