U-17 komandasının yoldaşlıq görüşləri keçirməsi məqsədilə Türkiyənin İstanbul şəhərində olan “Neftçi” Futbol Akademiyasının rəsmiləri “Beşiktaş” klubunun qonağı olub.
Presssport.az xəbər verir ki, “Qara qartallar”ın “Beşiktaş Nevzat Dəmir” təlim-məşq bazasını ziyarət edib A komandanın üzvləri ilə görüşən Bakı klubunun nümayəndələri onların məşqini izləyib.
“Neftçi” PFK-nın Futbol komandaları və əməliyyatları üzrə direktoru Zaur Əzizov və “Beşiktaş”ın norveçli baş məşqçisi Ole-Qunnar Sulşer bir-birinə hədiyyələr təqdim edib və tərəflər xatirə şəkli çəkdirib.
Xatırladaq ki, fevralın 9-da “Qalatasaray”, 12-də “Beşiktaş”la qarşılaşan “Neftçi” U-17 sonuncu yoldaşlıq matçını ayın 14-də “Fənərbaxça Dərəağzı” təlim-məşq bazasında “Fənərbaxça”ya qarşı keçirəcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC