Onur Quluzadə Nevşehirdə yenə medal qazanıb

Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə Türkiyədə təşkil olunan “WTT Youth Contender” turnirində bürünc medal qazanıb.

Presssport.az xəbər verir ki, U17 kateqoriyasında yarışan Onur inamlı çıxışı sayəsində yarımfinala yüksəlsə də bu mərhələdə dünya birinciliyinin mükafatçısı Benyamin Faraciyə (İran) 2:3 hesabı ilə uduzaraq 3-cü yerlə kifayətlənib.

Xatırladaq ki, Quluzadə ilə Yağmur Məmmədli sabah U15 kateqoriyasının qarışıq-qoşa mübarizəsində final görüşunə çıxacaq. Onur bununla da həmin yarışda ən azı gümüş medalı təmin edib.  

Nevşehirdə keçirilən yarışa fevralın 15-də yekun vurulacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC