Avropa Liqasında pley-off mərhələsi start götürüb: "Fənərbaxça darmadağın edib, "Qalatasaray" darmadağın olub

Avropa Liqasında pley-off mərhələsinə start verilib.

Presssport.az xəbər verir ki, ilk oyunların hamısı eyni gündə keçirilib.

Türkiyə klublarından "Fənərbaxça" "Anderlext"i qəbul edərək imza atdığı darmadağınla cütün taleyini böyük ölçüdə xeyrinə həll edib.

"Qalatasaray" isə "AZ Alkmaar"ın qonağı olub. Okan Burukun komandası 2-ci hissəni azlıqda oynadığı Niderland səfərində böyük hesabla uduzub 

Avropa Liqası, pley-off mərhələsi

İlk oyunlar

13 fevral

21:45. “Mityulland” (Danimarka) - “Real Sosyedad” (İspaniya) - 1:2

Qollar: Buksa, 38 - Mendez, 11-pen; Kubo, 31

21:45. “Yunion” (Belçika) - “Ayaks” (Niderland) - 0:2

Qollar: Rasmussen, 59, Mokio, 71

21:45. “Ferensvaroş” (Macarıstan) - “Viktoriya” (Çexiya) - 1:0

Qol: Abu Fani, 23

21:45. “Fənərbaxça” (Türkiyə) - “Anderlext” (Belçika) - 3:0

Qollar: Tadiç, 11, Dzeko, 42, En-Nesiri, 57

00:00. “Portu” (Portuqaliya) - “Roma” (İtaliya) - 1:1

Qollar: Moura, 67 - Çelik, 45+5

Qırmızı vərəqə: Kristante, 72 ("Roma")

00:00. "Tvente" (Niderland) - "Budyo Qlimt" (Norveç) - 2:1

Qollar: Ltayef, 5, Van Volfsvinkel, 90+5-pen. - Berq, 85

00:00. "AZ Alkmaar" (Niderland) - "Qalatasaray" (Türkiyə) - 4:1

Qollar: Meynan, 12, Perrot, 37-pen; Klasi, 57, Vulf, 66 - Sallai, 20

Qırmızı vərəqə: Kaan Ayhan, 51 ("Qalatasaray")

00:00. PAOK (Yunanıstan) - FCSB (Rumıniya) - 1:2

Qollar: Samatta, 21 - Georgita, 50, Dava, 60

Qırmızı vərəqə: Tayson, 45 (PAOK)

Xatırladaq ki, pley-off mərhələsinin cavab oyunları fevralın 20-də keçiriləcək. Mərhələnin qalibləri 1/8 finala adlayacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC