Misli Premyer Liqasında yanvar ayının ən yaxşı qolu müəyyənləşib.
Presssport.az,xəbər verir ki, bu barədə PFL-in rəsmi saytı məlumat yayıb.
Belə ki, keşən ayın ən yaxşısı "Kəpəz"in futbolçusu Turan Manafovun XIX turda Tovuzda "Turan Tovuz"un qapısına vurduğu ilk qol olub.
Münsiflər heyətinin 11 üzvündən 4-ü Turana səs verib. 26 yaşlı sol cinah müdafiəçisinin ən yaxın izləyiciləri isə bu ay "Turan Tovuz"dan ayrılan nigeriyalı hücumçu Otto Con və "Zirə"nin braziliyalı müdafiəçisi Ruan Renato olub - hərəyə 3 səs.
Xatırladaq ki, yeni qaydaya əsasən ən yaxşı qolu PFL-in müəyyənləşdirdiyi münsiflər heyəti seçir.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC