Bakıdakı Avropa çempionatı: Badminton millimiz son oyunda da uduzub

Bu gün badminton üzrə milli komandamız Bakıda keçirilən qarışıq komandaların Avropa çempionatında son oyununa çıxıb. 

Presssport.az xəbər verir ki, ilk 2 görüşdə İngiltərə və İspaniya yığmalarına 2:3 hesabı ilə uduzan millimiz bu dəfə son Avropa çempionu, turnirin 1 nömrəli reytinq favoriti Danimarka seçməsi ilə qarşılaşıb. 

Oyun rəqibin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Qadınların şəxsi yarışında Keişa Fatimə Zəhra Lina Kyaersfeldetə 2:1 (17-21,21-11,23-21) hesabı ilə qalib gəlib. Bu, 9AaƏ00ə00000ə00⁰0⁰00ğ⁰ə00əDanimarkanın Avropa çempionatında 5 kateqoriyadan birində ilk məğlubiyyətidi. Belə ki, Danimarka daha öncə həm İspaniya, həm də İngiltərə millisinə 5:0 hesabı ilə qalib gəlib. 

Kişilərin şəxsi yarışında gənc badmintonçumuz Ülvi Hüseynov dünya 2-cisi Anders Antonsenə 0:2 (8-21,4-21) hesabı ilə məğlub olub. 

Qadınların qoşa kateqoriyasında Leyla Camalzadə - Həcər Nuriyeva tandemi Nataşa Antonsen - Maiken Fruerqaard ikilisinə 0:2 (6-21,3-21) hesabı ilə məğlub olub.

Kişilərin qoşa kateqoriyasında Aqil Qəbilov - Diki Pangestu qoşası Kim Astrup və Mads Vesterqaarda qarşı mübarizə aparıb. Oyun Danimarka təmsilçilərinin qələbəsi ilə başa çatıb - 0:2 (12-21, 8-21)

Qarışıq qoşa kateqoriyasında Cahid Əlhəsənov - Həcər Nuriyeva cütü Yesper Toft - Amalie Magelund ikilisi ilə üz-üzə gəlib - 0:2 (7-21, 8-21).

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC