Fevralın 13-ü Şəmkir Rayon İcra Hakimiyyəti, Futbolun İnkişaf Fondu (FİF) və “Şəmkir” futbol klubunun birgə təşkilatçılığı ilə kluba dəstək tədbiri keçirilib.
Presssport.az FİF-in mətbuat xidmətinə istinadən xəbər verir ki, 60-a yaxın yerli sahibkarın iştirakı ilə baş tutan tədbir icra başçısı Rəşad Tağıyevin açılış nitqi ilə başlayıb. Daha sonra klubun nümayəndələri “Şəmkir”in hazırki durumu və hədəfləri barədə məlumat verib.
Tədbirin davamında FİF-in icraçı direktoru Tural Piriyev Fondun regiondakı fəaliyyəti, “Şəmkir”lə birgə görülən işlər və kluba dəstək imkanları barədə təqdimatla çıxış edib. Tədbirdə “Biznes klub” layihəsinin tətbiqi, kluba yerli ictimaiyyətin dəstəyi ilə bağlı digər layihələr müzakirə olunub. Tədbir müzakirə formatında davam edib.
Müzakirələr zamanı “Biznes klub” formatı müsbət qiymətləndirilib və bir sıra sahibkar layihədə iştirakla bağlı istəklərini bildirib. “Biznes klub” layihəsinin nəticələri ilə bağlı məlumat yaxın zamanda ictimaiyyətlə paylaşılacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC