Azərbaycan Bakıdakı "Böyük Dəbilqə"də ilk medalını qazanıb

Azərbaycan cüdoçusu Əhməd Yusifov (60 kq) Bakıda keçirilən "Böyük Dəbilqə"də bürünc medal qazanıb. 

Presssport.az xəbər verir ki 25 yaşlı idmançımız 3-cü yer uğrunda qarşılaşmada ukraynalı Dilşot Xalmatovla üz-üzə gəlib. 

Yusifov rəqibini qızıl xal bölümündə məğlub edib. 

Eyni çəkidə Balabəy Ağayev bürünc mükafat uğrunda görüşdə belçikalı Jorre Verstraetenə uduzub. 

Bu gün Elşən Əsədov (66 kq) 3-cü yer uğrunda qarşılaşmada özbəkistanlı Azizbek Ortıkovla üz-üzə gələcək. 

Xatırladaq ki, fevralın 16-da başa çatacaq yarışda ölkəmiz 32 idmançı ilə təmsil olunur.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC