Azərbaycan cüdoçuları Bakıda keçirilən "Böyük Dəbilqə" turnirinin ilk gününü 2 medalla başa vurub.
Presssport.az xəbər verir ki, Əhməd Yusifovun (60 kq) ardınca Elşən Əsədov (66 kq) da 3-cü yer uğrunda qarşılaşmada qələbə qazanıb.
O, özbəkistanlı Azizbek Ortıkovla görüşdə qalib gələrək bürünc medala yiyələnib.
Daha əvvəl Balabəy Ağayev (60 kq) bürünc mükafat uğrunda qarşılaşmada belçikalı Jorre Verstraetenə uduzub.
Xatırladaq ki, fevralın 16-da başa çatacaq yarışda ölkəmiz 32 idmançı ilə təmsil olunur.
Bugün
| Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
|---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC