Azərbaycan taekvondoçuları Antalya şəhərində keçirilən G-2 kateqoriyalı Türkiyə Açıq beynəlxalq turnirində (Turkish Open) daha 5 medal qazanıb.
Presssport.az xəbər verir ki, oğlanlar arasında Mehdi Budaqlı (45 kq) və Ziya Həsənli (63 kq) qızıl, Fuad Məhərrəmli (59 kq) gümüş, Yunis Hüseynov (73 kq) və Allahverdi Məmmədov (+78 kq) isə bürünc medallara sahib çıxıb.
Xatırladaq ki, dünən gənc qızlar arasında Humay Dadaşova (46 kq) bütün rəqiblərini üstələyərək qızıl medal əldə etmişdi.
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC