Qadın basketbolçulardan ibarət milli komandaların dünya reytinqi açıqlanıb.
Presssport.az xəbər verir ki, Azərbaycan millisinin FİBA-nın cədvəlindəki yeri bəlli olub.
Belə ki Evren Alkayanın yetirmələri planetin 103-cü komandasıdı. Yığmamızın hesabında 55,4 xal var.
Millimiz ötən cədvəllə müqayisədə 4 pillə irəliləyib. Hesabat dövründə AVRO-2025-in son iki seçmə oyununa çıxan komandamız Belçikaya 24:97, Polşaya 34:88 hesabı ilə uduzub. Məğlubiyyətlərə baxmayaraq irəliləmək digər ölkələrin geriləməsi ilə bağlıdır.
Onu da bildirək ki, 118 yığmanın yer aldığı cədvələ 888,2 xala malik ABŞ başçılıq edir.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC