Bu gün - fevralın 18-də Milli Olimpiya Komitəsinin (MOK) lX Hesabat-seçki baş məclisindən sonra qurumun İcraiyyə Komitəsinin (İK) yeni tərkibdə ilk iclası olub.
Presssport.az xəbər verir ki, iclasda Azər Əliyev MOK-un baş katibi, Çingiz Hüseynzadə vitse-prezidenti və İcra Aparatının rəhbəri, Zemfira Meftahətdinova və Fərid Mansurov isə MOK-un digər vitse-prezidentləri seçilib. Bunadək sadəcə, üzv olan Mansurov vitse-prezident olan gənclər və idman naziri Fərid Qayıbovu əvəzləyib.
Elnur Məmmədli ilə Alla Həsənova da İK-nın yeni üzvləri olub. Köhnə heyətdən Faiq Qarayev, Nazim Hüseynov və Elnur Məmmədli üzvlər kimi fəaliyyətlərini davam etdirəcək.
Hüseynzadə İcraiyyə Komitəsinin yeni seçilmiş üzvlərini təbrik edərək, onlara ölkəmizdə idman və Olimpiya Hərəkatındakı fəaliyyətlərində uğurlar arzulayıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC