Bakıda cüdo üzrə beynəlxalq təlim-məşq toplanışına start verilib

Cüdo üzrə "Böyük Dəbilqə" turnirinin ardınca Bakıda beynəlxalq təlim-məşq toplanışına start verilib.

Presssport.az xəbər verir ki, Avstraliya, Belçika, Braziliya, Çexiya, Finlandiya, Yaponiya, Almaniya, Macarıstan, Yunanıstan, İsveçrə, Tacikistan, Sloveniya, Ukrayna və Azərbaycanın tatami ustaları ölkəmizdə təlim-məşq toplanışı keçir.

Fevralın 21-dək davam edəcək hazırlıqlara 100-dən çox cüdoçu qatılıb.

Beynəlxalq təlim-məşq toplanışı cüdoçuların hazırlıq səviyyəsini artırmaq, beynəlxalq təcrübə mübadiləsini gücləndirmək və qarşıdakı turnirlərə daha yaxşı hazırlaşmaq məqsədi daşıyır.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC