Ülvi Ağamirov
Azərbaycan Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasının vitse-prezidenti Ülvi Ağamirov Tokio şəhərində baş tutan “Hakuho Cup 2025” turnirində ilk əcnəbi hakim olub.
Presssport.az xəbər verir ki, bu haqda qurumun mətbuat xidməti məlumat yayıb.
Analoji hadisə 2024-cü ildə də baş vermişdi. Turnir sumo tarixinin ən titullu idmançısı Hakuho-Şonun adına “Ryogoku Kokugikan” Milli Sumo Arenasında təşkil edilib.
Yarışdan sonra Yokozuna Hakuho ilə sumonun inkişafı və gələcək planlar müzakirə edilib. Hədiyyələr təqdim olunub və xatirə şəkli çəkdirilib.
Onu da bildirək ki, 2026-cı ildə sumo üzrə dünya çempionatı ilk dəfə Azərbaycanda keçiriləcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC